Messinin cəzası - FOTO

20 Yanvar 01:38 İspaniya 502
Messinin cəzası - FOTO

İspaniya Superkubokunda "Atletik"lə final matçında (2:3) meydandan qovulan "Barselona"nın kapitanı Lionel Messinin cəzası bəlli olub.

Sportinffo.az xəbər verir ki, argentinalı hücumçu 2 oyunluq cəzalandırılıb. Beləliklə, Leo ağır cəzadan xilas olub.

33 yaşlı futbolçu İspaniya kubokunda "Kornella" və La Liqada "Elçe" ilə görüşləri buraxacaq.

Messi görüşün bitməsinə bir dəqiqə qalmış meydandan qovulmuşdu. Rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçunun 12 oyuna qədər cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti