La Liqada 2023/24 mövsümünün ən yaxşısı - Cud Bellingem qazandı

13 Noyabr 2024 00:10 İspaniya 887
La Liqada 2023/24 mövsümünün ən yaxşısı - Cud Bellingem qazandı

İspaniya La Liqasında 2023/24 mövsümünün ən yaxşısı - Alfredo Di Stefano mükafatının sahibi müəyyənləşib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı “Real”ın yarımmüdafiəçisi Cud Bellingem qazanıb. Qalib “Marca” qəzeti tərəfindən müəyyənləşdirilib.

Son mövsümdə Bellingem La Liqada meydana çıxdığı 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Alfredo Di Stefano mükafatının rekordçu sahibi Lionel Messidir. Argentinalı ulduz 7 dəfə sözügedən mükafata sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?