Klarens Zeedorf və "Neftçi"nin legionerinin dostu "Sumqayıt"da - FOTOLAR

24 Avqust 2023 03:40 Sumqayıt 1 471
Klarens Zeedorf və "Neftçi"nin legionerinin dostu "Sumqayıt"da - FOTOLAR

"Sumqayıt"ın yayda heyətinə qatdığı oyunçularından biri də Oktavio Manteka oldu. "Kimyaçılar" braziliyalını ÇSKA 1948 klubundan icarəyə götürüb.

Azərbaycan Premyer Liqasında meydana çıxdığı matçlarda tam hazır olmadığı görünsə də, 29 yaşlı futbolçu səviyyəsini hiss elətdirə bilib.

Braziliyalı karyerasını yaxşı klublarda səviyyəli və Azərbaycan futboluna yad olmayan oyunçularla birlikdə keçirib (sportal/.az).

Klarens Zeedorf

Oktavio peşəkar karyerasına Braziliyanın “Botafoqo” klubunda başlayıb. Onun buradakı komanda yoldaşları arasında dünya futbolunda yetərincə tanınmış simalar da yer alıb. Onlar arasında Klarens Zeedorfun adını çəkmək bəs edər. 47 yaşlı niderlandlı “Ayaks”, “Sampdoriya”, “Real”, “İnter”, “Milan”da oynadıqdan sonra karyerasını məhz 2012-2013 mövsümündə “Botafoqo”da oynayaraq yekunlaşdırmışdı. Oktavio da məhz həmin mövsümdən 2017-ci ilə qədər Braziliya klubunda oynamağa başlamışdı.

Renato

"Sumqayıt"ın yeni legionerinin çiyin-çiyinə oynadığı futbolçulardan biri də Renatodur. 2003-2005-ci illərdə Braziliya, 2004-2011-ci illərdə isə “Sevilya”dakı çıxışı ilə tanınmış forvard Oktavionun nəyə qadir olduğuna yaxşı bələddir. 2006 və 2007-ci ildə “Sevilya”nın heyətində UEFA kubokunun sahibi olmuş Renato dörd il “Sumqayıt”lı ilə birlikdə çıxış edib.

Daniel Karvalyo

Böyük istedada malik olsa da, fiziki durumuna çox da fikir vermədiyi üçün Karvalyonun Avropada böyük klublarda oynamaq istəyi baş tutmamışdı. Amma braziliyalı ÇSKA-nın (Moskva) əfsanələrindən hesab olunur. 2003-2010-cu illərdə “hərbçilər”in formasını geyinmiş Karvalyo Oktavio ilə 2015-ci ildə “Botafoqo”da birlikdə oynayıb.

Kilan Lebon

Ötən mövsümün gedişində “Astana”dan ayrılaraq “Neftçi”yə keçmiş Kilan hazırda “ağ-qaralar”ın əsas futbolçularından hesab olunur. Maraqlıdır ki, vaxtı ilə “Beroe”də birlikdə oynamış Lebon və Oktavio hazırda Azərbaycan Premyer Liqasında çıxış edir. Onlar 2020/2021 mövsümündə adıçəkilən Bolqarıstan klubunda komanda yoldaşı olub.

Simeon Slavçev

"Gənclik şəhəri" təmsilçisinə yayda qoşulan braziliyalı 2020-ci ildən Bolqarıstan klublarında çıxış edir. Lebonla “Beroe”də oynadıqdan sonra 2021-ci ildə “Lokomotiv”ə (Sofiya) keçmiş Manteka burada sabiq “Qarabağ”lı Simeon Slavçevlə komanda yoldaşı olub.

Bir mövsüm sonra Oktavio komandadan ayrılsa da, Slavçev Sofiya təmsilçisinin heyətində qalıb.

Digər Xəbərlər
Xəbər Lenti