“Mançester Siti” ŞOU göstərdi - Premyer Liqada X tur

29 Noyabr 2020 10:00 İngiltərə 538
“Mançester Siti” ŞOU göstərdi - Premyer Liqada X tur

İngiltərə Premyer Liqasında X tur davam edir.

Sportinfo.az xəbər verir ki, son çempion “Liverpul” “Brayton”un qonağı olub.

“Mersisaydlılar” bir saatın tamamında hesabı açsa da, son saniyələrdə penalti qolu ilə qələbəni əldən verib.

“Mançester Siti” autsayderlər zonasında qərarlaşan digər komanda “Bernli”ni sınağa çəkib. Mövsümə qeyri-stabil nəticələrlə başlayan “şəhərlilər” Riad Mahrezin het-trik etdiyi matçda rəqibini darmadağına məruz qoyub.

Mövsümə uğurlu start götürməsinə baxmayaraq, sonradan uğursuz nəticələrlə zirvədən uzaqlaşan “Everton” debütant “Lids”ə də məğlub olub.

Son iki pillədə qərarlaşan “Vest Bromviç”lə “Şeffild Yunayted”in duelində isə birincilər cari mövmsümdə ilk qələbələrini qazanıblar.

28 noyabr
“Brayton” – “Liverpul” – 1:1

Qross, 90+3 (pen.) – Jota, 60
“Mançester Siti” – “Bernli” – 5:0
Mahrez, 6, 22, 69, Mendi, 41, Torres, 66
“Everton” – “Lids” – 0:1
Rafinya, 79
“Vest Bromviç” – “Şeffild Yunayted” – 1:0
Qallaher, 13

1

Liverpul

10

6

3

1

22-17

21

2

Tottenhem

9

6

2

1

21-9

20

3

Çelsi

9

5

3

1

22-10

18

4

Lester

9

6

0

3

18-12

18

5

Sauthempton

9

5

2

2

17-13

17

6

Everton

10

5

1

4

19-17

16

7

Aston Villa

8

5

0

3

19-11

15

8

Mançester Siti

9

4

3

2

15-11

15

9

Vest Hem

9

4

2

3

15-10

14

10

Vulverhempton

9

4

2

3

9-10

14

11

Lids

10

4

2

4

15-17

14

12

Nyukasl

10

4

2

4

12-15

14

13

Mançester Yunayted

8

4

1

3

13-14

13

14

Arsenal

9

4

1

4

9-10

13

15

Kristal Pelas

10

4

1

5

12-15

13

16

Brayton

10

2

4

4

14-16

10

17

Vest Bromviç

10

1

3

6

7-18

6

18

Bernli

9

1

2

6

4-17

5

19

Fulhem

9

1

1

7

9-18

4

20

Şeffild Yunayted

10

0

1

9

4-16

1

Digər Xəbərlər
Xəbər Lenti