Premyer Liqada koronavirusa daha 8 yoluxma

25 Noyabr 2020 01:38 İngiltərə 358
Premyer Liqada koronavirusa daha 8 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

16-22 noyabr aralığında 1530 nəfərdən koronavirus testi götürüldüyü, 8 nəfərdə yoluxma faktı qeydə alındığı bildirilib.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.

31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 76-ya çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"