Qvardioladan 0:2-yə şərh: “Mourinyonun komandaları belədir”

22 Noyabr 2020 12:20 İngiltərə 597
Qvardioladan 0:2-yə şərh: “Mourinyonun komandaları belədir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 9-cu turu çərçivəsində “Tottenhem”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Joze Mourinyonun komandaları belədir, səhv etsən, cəzalandırarlar. Daha yaxşı oynaya bilərdik. Mövsüm başlayandan necə idiksə, indi də elə davam edirik. Rəqibin 6 futbolçusu ancaq müdafiə olunurdu. Qapımıza gələn üç zərbədən ikisi qol oldu”.

Digər Xəbərlər
Xəbər Lenti