COP29

"Futbolçu olaraq böyümüşəm, artıq buna öyrəşmişəm"

20 Noyabr 2020 15:40 İngiltərə 351
"Futbolçu olaraq böyümüşəm, artıq buna öyrəşmişəm"

“Mançester Yunayted”in futbolçusu David de Xea açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klubun saytına danışan 30 yaşlı ispan qapıçı, “qırmızı şeytanlar”da özünü evindəki kimi hiss etdiyini deyib:

“Mançester Yunayted”də olmaq xoşdur, özümü evimdəki kimi hiss edirəm. Futbolçu olaraq da artıq böyümüşəm.

Bura gələndə başqa dil, başqa mədəniyyətlə qarşılaşmışdım, hər şey fərqli idi. Artıq buna öyrəşmişəm və “Mançester Yunayted” mənim idmançı kimi böyüməyimə kömək edib. Bunun üçün kluba təşəkkür edirəm, hər şey inanılmazdır”.

2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçən de Xeanın klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!