"Mançester Siti"dən Qvardiola ilə yeni müqavilə

20 Noyabr 2020 00:28 İngiltərə 366
"Mançester Siti"dən Qvardiola ilə yeni müqavilə

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssislə iki illik yeni sözləşmə imzalanıb. İspaniyalı çalışdırıcı 2023-cü ilin yayınadək bu komandanın "sükanı arxası"nda olacaq.

Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidi. O, komandanı iki dəfə İngiltərə çempionu edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"