"Qalmaq istəməsəydim, onda vasitəçiyə ehtiyacım olardı”

18 Noyabr 2020 18:20 İngiltərə 115
"Qalmaq istəməsəydim, onda vasitəçiyə ehtiyacım olardı”

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, mümkün yeni müqavilənin imzalanması barədə danışıb:

“Mançester Siti”də xoşbəxtəm. Yaxşı sahibləri olan əla komandadayam. Klubla müzakirələrimiz olur, amma danışıqlardan çox uzaq deyilik.

“Mançester Siti”də qalmaq istəyirəm, buna görə də müzakirələrdə özüm özümü təmsil edirəm. Qalmaq istəməsəydim, onda vasitəçiyə ehtiyacım olardı”.

2015-ci ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti