"Mançester Yunayted”in ulduzu kitab klubu yaratdı

18 Noyabr 2020 01:30 İngiltərə 767
"Mançester Yunayted”in ulduzu kitab klubu yaratdı

“Mançester Yunayted”in futbolçusu Markus Reşford kitab klubu yaradıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu xüsusilə, imkansız ailələrin uşaqlarına oxumaq sevgisini aşılamaq üçün belə bir addım atıb.

Buna görə də o, xeyriyyə təşkilatları ilə əməkdaşlıq edəcək və kitabları pulsuz paylayacaq.

Reşford özünüinkişafa dair bir elmi kitabın müəllifidir. Bundan əlavə, o, 2022-ci ildə 7 yaşdan yuxarı uşaqlar üçün iki kiub çıxarmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!