Koronavirusa yoluxduğunu açıqladı – Millinin baş məşqçisi

17 Noyabr 2020 12:20 İngiltərə 319
Koronavirusa yoluxduğunu açıqladı – Millinin baş məşqçisi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt koronavirus xəstəliyi keçirdiyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında deyib.

İngilis məşqçi bildirib ki, yoluxmanın ciddi fəsadları olmayıb: “İstənilən halda, bunun xoş təcrübə olduğunu deyə bilmərəm. Xoşbəxtlikdən, indi hər şey qaydasındadır”.

Sautqeyt 10 gün ərzində Şimali Yorkşirdəki evində özünü təcrid edib. Oktyabr ayının sonunda aparılan testlər onun sağaldığını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!