Premyer Liqada oktyabrın ən yaxşı baş məşqçisi

14 Noyabr 2020 19:20 İngiltərə 348
Premyer Liqada oktyabrın ən yaxşı baş məşqçisi

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Vulverhempton”un baş məşqçisi Nuno Espirito ötən ayın ən yaxşısı seçilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 46 yaşlı mütəxəssis sorğuda Joze Mourinyo, Devid Moyes və Din Smit kimi mütəxəssisləri qabaqlamağa nail olub.

Espiritonun çalışdırdığı “Vulverhempton” oktyabrda keçirdiyi oyunlarda 3 qələbə qazanıb, 1 heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti