UEFA "Tottenhem"ə cərimə kəsdi, Mourinyoya cəza verdi

14 Noyabr 2020 01:38 İngiltərə 450
UEFA "Tottenhem"ə cərimə kəsdi, Mourinyoya cəza verdi

UEFA “Tottenhem”i cərimələyib və baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” çempionatın 2-ci turunda “Antverpen”lə matçın gec başlamasında günahkar hesab edilib.

UEFA-nın İntizam Komitəsi gec starta görə klubu 25.000 avro, texniki avadanlıqlar üçün qoyulan qaydaları pozduğuna görə isə 3.000 avro məbləğində cərimələyib.

Bundan əlavə Joze Mourinyo 1 oyunluq turnirdən uzaqlaşdırılıb. 57 yaşlı mütəxəssisin cəzası UEFA tərəfindən şərti hesab edilir.

“Tottenhem” Avropa Liqasının J qrupunda 3 matçdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti