"Qayıtmaq istəyirəm, amma bunun nə vaxt olacağını bilmirəm”

13 Noyabr 2020 15:20 İngiltərə 438
"Qayıtmaq istəyirəm, amma bunun nə vaxt olacağını bilmirəm”

“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker açıqlama verib.

Sportinfo.az xəbər verir ki, karyerası ilə bağlı danışan 28 yaşlı kiper ölkəsinə qayıtmaq istədiyini deyib:

“Heç bir zaman uzun müddətli planlar qurmuram. Xəyallarım var, amma daha çox hazırda edə biləcəklərimə köklənirəm. Karyeramın sonunadək yüksək səviyyədə oynamaq istəyirəm.

Önümdə uzun bir yol var, neçə yaşıma qədər oynayacağımı bilmirəm. Milli komandada və Avropada əlindən gələnin ən yaxşısını etməyə çalışıram.

Braziliyaya qayıtmaq istəyirəm, amma bunun nə vaxt olacağını bilmirəm. “İnternasional”a, evimə geri qayıtmaq istəyirəm. Braziliyadakı bütün klublara hörmətim var, amma “İnternasional”a dönə biləcəyəmmi, bilmirəm”.

Alisson 2013-2016-cı illərdə “İnternasional”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti