“Mançester Yunayted” qapıçısını icarəyə verir

11 Noyabr 2020 10:00 İngiltərə 355
“Mançester Yunayted” qapıçısını icarəyə verir

“Mançester Yunayted”in qapıçısı Din Henderson qış transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı futbolçunu icarəyə göndərə bilər.

Klub onun təcrübə qazanmasını istəyir. “Mançester Yunayted”in icarə üçün təkliflərə hazır olduğu bildirilir.

“Mançester Yunayted”in yetirməsi olan ingiltərəli futbolçunun klubla müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti