“Üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın”

7 Noyabr 2020 19:40 İngiltərə 377
“Üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, hücumçuları Harri Keyni tənqid edənlərə sərt cavab verib:

“Davamlı olaraq bizim haqqımızda danışırsız. Niyə ancaq biz? “Brayton”la oyunda Harri Keyn topu saxladı, Adam Lallana ona kobud şəkildə müdaxilə etdi.

Nəyə görə Keyn “ağıllıca” özünü yerə atdı deyirsiz?

Düzdür, Keyn ağıllıdır, amma ona edilən cərimə idi. Mən cərimə meydançasından kənarda olduğunu düşünürdüm, ancaq hakimlər VAR-a baxıb, penalti təyin etdi. İynələyici sözlərlə niyə Keyni təzyiq altında saxlayırsız?

“Liverpul”dan, “Mançester Siti”dən danışın! Premyer Liqa oyunlarında penalti qazanmaq üçün özünü “ağıllıca” yerə atanlardan danışın, üfürəndə yerə yıxılanlardan danışın, Keyndən danışmayın”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!