“Neftçi”nin məşhur hücumçusu: "Messini transfer etməyin mənası nədir?”

7 Noyabr 2020 16:20 İngiltərə 847
“Neftçi”nin məşhur hücumçusu:  "Messini transfer etməyin mənası nədir?”

“Mançester Siti”nin keçmiş hücumçusu Emil Mpenza “Barselona”nın hücumçusu Lionel Messinin kluba mümkün transferi ilə bağlı açıqlama verib.

Sportinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı“şəhərlilər”in Messiyə ehtiyacı olmadığını bildirib:

“Düşünürəm ki, Pep Qvardiolanın Messi kimi birinə ehtiyacı yoxdur. Onun müdafiə ilə bağlı problemləri var, əvvəlcə müdafiə ilə məşğul olmalıdır. Vinsent Kompaninin gedişindən sonra müdafiə xəttində böyük bir boşluq yaranıb.

Bu qədər problem olduğu halda Messini transfer etməyin mənası nədir? Onun mövqeyində kifayət qədər futbolçu var. Messini transfer etsələr, komandada problem yaranacaq”.

Mpenza 2010-2012-ci illərdə “Neftçi”də da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti