“Deməzdim ki, azərbaycanlılar hədsiz istiqanlıdırlar” – Ölkəmizdə yaşayan əcnəbi

26 Noyabr 2024 19:40 Araz-Naxçıvan 5 637
“Deməzdim ki, azərbaycanlılar hədsiz istiqanlıdırlar” – Ölkəmizdə yaşayan əcnəbi

“Bakını şəhər olaraq bəyənirəm, insanları da yaxşıdır. Ancaq Portuqaliyada bir az fərqlidir”.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Berbardo Dias Sportinfo.az-a açıqlamasında ölkəmizdə keçirdiyi günləri şərh edib.

"Benni" ləqəbli futbolçu burada özünü rahat hiss edir. Lakin onun fikrincə, vətənindəki insanlar bizimkilərə nisbətən daha istiqanlı və mehribandırlar.

“10 nömrə” danışır:

“Azərbaycan xalqını bəyənirəm. Ancaq deməzdim ki, hədsiz istiqanlıdırlar. Fikrimcə, biz portəgizlər qonaqlara qarşı daha mehriban davranırıq. Bu, mənim fikrimdir.

Sözlərimin yanlış anlaşılmasını istəmirəm. Demirəm ki, azərbaycanlılar yaxşı deyil. Sadəcə, portuqaliyalılar qonaqlara münasibətdə daha yaxın olurlar”.

Açığı, 17 illik jurnalistika karyeramda ilk dəfədir hansısa legionerdən bu sözləri eşidirəm. Əksinə, xalqımız barədə danışan əcnəbilər hər zaman insanlarımızın istiqanlı, qonaqpərvər və mehriban olduğunu qeyd ediblər.

Görünür, Benni özünə qarşı lazım olan münasibəti görmür. Ya da insanlarımız dəyişib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”