“Mançester Yunayted”də 5+1 illik yeni müqavilə

27 Avqust 2020 01:24 İngiltərə 935
“Mançester Yunayted”də 5+1 illik yeni müqavilə

"Mançester Yunayted” qapıçısı Din Hendersonla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

Mançester təmsilçisinin öz yetirməsi olan 23 yaşlı ingilis qolkiperlə 5+1 illik müqavilə imzalanıb.

Henderson geridə qalan mövsümü icarə əsasında “Şeffild Yunayted”də keçirib. O, bu komandanın heyətində 33 oyuna çıxıb, 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Din Henderson artıq İngiltərə yığmasına da dəvət alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti