“Mançester Yunayted”də 16 yaşlı norveçli hücumçu

23 Avqust 2020 21:40 İngiltərə 855
“Mançester Yunayted”də 16 yaşlı norveçli hücumçu

“Tromse”nin hücumçusu İsak Hansen-Aaren İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Norveç klubunun saytı məlumat yayıb.

Norveçlilərin qeyri-adi istedadlı futbolçu adlandırdıqları 16 yaşlı hücumçu hazırda İngiltərədədir və klubun akademiyasında məşqlərə başlayıb.

O, artıq 15 yaşındaykən yetirməsi olduğu “Tromse”nin əsas komandasında debüt edib və 7 rəsmi matçda oynayıb. O, bu oyunların birində qol ötürməsi verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti