Bu hücumçu Premyer Liqa klubunu “Seltik”ə dəyişdi

14 Avqust 2020 13:40 İngiltərə 677
Bu hücumçu Premyer Liqa klubunu “Seltik”ə dəyişdi

“Vest Hem” hücumçusu Albian Ayeti ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçrəli futbolçu Şotlandiyanın “Seltik” klubuna transfer olunub. 23 yaşlı hücumçu “Seltik”lə 4 illik müqaviləyə imza atıb.

Ötən ilin yayında “Bazel”dən “Vest Hem”ə gələn İsveçrə yığmasının hücumçusu bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. O, daha öncə “Auqsburq” və “Senkt-Qallen”də də forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"