Premyer Liqanın son çempionundan rəsmi transfer

11 Avqust 2020 01:24 İngiltərə 741
Premyer Liqanın son çempionundan rəsmi transfer

"Liverpul" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi "Olimpiakos"un müdafiəçisi Konstantinos Tsimikası heyətinə qatıb.

24 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yunan futbolçunun yeni klubunda 21 nömrəli forma geyinəcəyi bildirilib.

Britaniya mətbuatı bu transfer üçün "Liverpul"un 13 milyon avro təzminat ödədiyini yazıb. Tsimikas 2019/2020 mövsümündə Yunanıstan çempionatında 20 matçda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti