“Canavarlar” yığmamızın forvardını icarəyə verməyi planlaşdırır

6 Avqust 2020 13:12 İngiltərə 1 006
“Canavarlar” yığmamızın forvardını icarəyə verməyi planlaşdırır

“Vulverhempton”da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Koventri Siti” klubuna keçidi alınmayıb.

Sportinfo.az “coventrytelegraph.net” saytına istinadən xəbər verir ki, tərəflər razılığa gələ bilməyiblər.

Məlumata görə, komanda artıq Renatla maraqlanmağı saxlayıb. Transferin reallaşmayacağı dəqiqdir. “Koventri Siti” 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, qarşı tərəflə anlaşa bilməyib.

Yanvarda “Birmingem”in də maraq dairəsində olan Dadaşovun bu kluba da keçidi alınmamışdı. Ancaq sayt iddia edir ki, “canavarlar” yığmamızın forvardını icarəyə verməyi planlaşdırır.

Renat "Vulverhempton"un U-21 komandasında çıxış edir. O, hələ ki əsas heyətlə debüt edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!