"Qarabağ"ı misal çəkdi: "İsti bizə təsir etməyəcək"

15 Avqust 2023 17:20 Çempionlar Liqası 983
"Qarabağ"ı misal çəkdi: "İsti bizə təsir etməyəcək"

"Azərbaycanda da isti idi, lakin bu, bizə təsir etməyəcək".

Sportinfo.az xəbər verir ki, bunu Polşa "Rakuv"unun baş məşqçisi David Şvarqa Kiprdə "Aris"ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Gənc mütəxəssis Limassolda havanın çox isti olduğunu bildirib:

"Bu, bizi qorxutmur. Çünki oyunçuların fiziki durumu yaxşıdır. Rəqibin keyfiyyətli heyətə malik olduğunu bilirik.

"Aris"də yaxşı futbolçular var. Amma bəyəndiklərimin adlarını çəkmək istəmirəm".

Polşa çempionu II təsnifat mərhələsində "Qarabağ"ı iki oyunun nəticəsinə əsasən (3:2, 1:1) üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR