"Səbail"dən ayrılan Maykl Essyen "İnstagram"da maraqlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, qanalı futbolçu "Çelsi" loqolu kostyumla çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb.
38 yaşlı afrikalı şəkilin başlığına London klubunun rəsmi "İnstagram" hesabını işarələyib.
May ayında İngiltərə mediasında yayılan xəbərlərdə "Çelsi"nin baş məşqçisi Frank Lempardın Maykl Essyeni yayında köməkçisi olaraq görmək istədiyi bildirilirdi.
Qanalı futbolçu həm də "Səbail"in 19 yaşlılardan ibarət komandasında köməkçi məşqçi olaraq çalışırdı.

