Kapitan gələcəyə ümidli danışdı

1 İyun 2020 13:40 İngiltərə 464
Kapitan gələcəyə ümidli danışdı

Tottenhem”in futbolçusu Harri Keyn açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “The Sun” nəşrinə danışan ingilis hücumçu, mövsümü ilk 4-lükdə bitirməli olduqlarını deyib: “İlk 4-lükdə olmalıyıq. Bunu bacaracağımıza heç bir şübhəmiz yoxdur.

“Mançester Yunayted”ə qarşı çox vacib oyunumuz var. Çempionlar Liqasına getmək üçün 7-8 oyun qazanmalıyıq. Hazırda sağlıq cəhətdən vəziyyətim yaxşıdır.

Uzun zamandır ki, yaşıl meydanlardan uzağam, 6 ay olub. Ancaq sağlamam və özümü yaxşı hiss edirəm”.

İngiltərəli hücumçu, yanvarda – Premyer Liqanın 21-ci turunda “Sauthempton”la oyunda (0:1) zədələnərək, əməliyyat olunmuşdu.

Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

“Tottenhem” Premyer Liqada 8-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var