![Onu 110 milyona satmağa hazırdır Qəsdən bu qiyməti qoyublar ki...](https://www.sportinfo.az/media/2023/12/07/endirm-16.jpg)
“Aston Villa” yarımmüdafiəçisi Duqlas Luis üçün 110 milyon funt-sterlinq təzminat təyin edib.
Sportinfo.az xəbər verir ki, klub bu qiyməti “Arsenal” kimi komandaların marağını azaltmaq üçün müəyyən edib.
Luis 2019-cu ilin iyulunda “Mançester Siti”dən “Aston Villa”ya keçib. Onun transfer məbləği 16,8 milyon avro olub.
Braziliyalı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, 23 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
15 turdan sonra “Aston Villa” Premyer Liqada 32 xalla 3-cü pillədə qərarlaşıb.