Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi – Millidə istefa

7 Dekabr 2023 10:20 Dünya futbolu 1 018
Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi – Millidə istefa

Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Noyabrda Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Yığma 6 xalla A qrupunun cədvəlinə başçılıq edir.

Keyruş bu ilin fevralından Qətər yığmasına rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"