”Belə yaşayıram: əsəbiləşirəm, etiraz edirəm - Həmişə bu cür olub, dəyişmək çətindir”

6 Oktyabr 2023 02:20 Çempionlar Liqası 762
”Belə yaşayıram: əsəbiləşirəm, etiraz edirəm -  Həmişə bu cür olub, dəyişmək çətindir”

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Portu” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportinfo.az Uxəbər verir ki, o, bu matçda komandasının fədakarlıqla oynadığını söyləyib:

“Bu matçda çox çətinliklə üzləşməli olduq, baxmayaraq ki, birinci hissə kifayət qədər yaxşı keçdi. Bu, Çempionlar Liqasıdır.

“Portu” Avropa futbolu standartlarına uyğun böyük klubdur. Bizim üçün çətin oldu, amma komandamın işindən razıyam.

Biz fədakarlıqla oynadıq və vacib olan üç xalı əldə etmək üçün meydanda bütün qəlbimizlə mübarizə apardıq.

İkinci hissəyə gəldikdə, həqiqətən də, vəziyyətə daha yaxşı nəzarət etməliydik. Çempionlar Liqası matçlarını qazanmaq istəyirsizsə, sizdən daha çox şey tələb edilir.

Mənə və sarı vərəqəmə gəlincə, oyunları belə yaşayıram: əsəbiləşirəm, etiraz edirəm. Bütün karyeram boyu belə olub və indi dəyişmək çətindir”.

“Barselona” 6 xalla H qrupuna başçılıq edir. “Portu” isə ikinci yerdədir (3 xal).

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!