
“Vulverhempton”nun mövsüm sonunda komandadan göndərəciyi futbolçular bəlli olur.
Sportinfo.az xəbər verir ki, onlardan biri hücumçu Brayt Enobaxaredir.
Britaniya mətbuatı 23 yaşlı futbolçunun komandanın forvardları – Raul Ximenez, Leonardo Kampana və Renat Dadaşovla rəqabətə girə bilmədiyini yazır.
Futbolçunun çıxışı baş məşqçini razı sala bilmədiyi üçün yayda klubdan göndəriləcək.
Nigeriya U-23 millisinin üzvü “Kilmarnok”, “Koventri” və “Viqan” kimi klublara icarəyə verilsə də, gözlənilən çıxışı edə bilməyib. Mətbuat daha əvvəl Renatın da təcrübə toplaması üçün başqa bir kluba icarəyə verilə biləcəyini yazıb.