PULU QURTARACAQ - Premyer Liqa davam etməsə

7 Aprel 2020 19:02 İngiltərə 897
PULU QURTARACAQ - Premyer Liqa davam etməsə

İngiltərə Premyer Liqası koronavirus üzündən ləğv olunarsa, klublar ciddi maliyyə böhranı yaşaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, Premyer Liqa ləğv olunarsa, klublar yayım və reklam gəlirlərindən ciddi ziyana uğrayacaqlar. Ən böyük zərbə isə “Mançester Yunayted”ə dəyəcək.

“Qırmızı şeytanlar” çempionatın bərpa edilməməsi təqdirdə 116,2, “Mançester Siti” 109,3, “Liverpul” isə 102,6 milyon funt sterlinq zərər edəcək.

Əgər çempinonat davam etməsə, liqanın yayım hüququna malik telekanallar Premyer Liqa üçün ödədikləri pulu geri istəyəcəklər. Bu da təxminən 903 milyon funt sterliq edir.

Digər Xəbərlər
Xəbər Lenti