21 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəmək fikri var

24 Aprel 2024 15:40 İngiltərə 1 035
21 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəmək fikri var

"Çelsi" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leypziq"də çıxış edən Kastelyo Lukebanı transfer etmək istəyir.

Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisinin sərbəstqalma məbləği 60 milyon avrodur. "Çelsi" 21 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

"Leypziq" Kastelyo Lukebanı mövsümün əvvəlində "Lion"dan transfer edib. Fransa U-21 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.

Onun Almaniya klubu ilə sözləşməsi 2028-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda