“Mövsümün sonunda ayrılacam"

27 Mart 2020 11:20 İngiltərə 459
“Mövsümün sonunda ayrılacam"

“Çelsi”nin futbolçusu Pedro Rodriqes yayda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Mövsümün sonunda “Çelsi”dən ayrılacam. İyunda müqaviləm bitir və hazırda dünyanın böyük problemi var. Buna görə də normal həyata qayıda bilmirik. Yenidən nə vaxt məşq edəcəyimizi də bilmirəm.”.

Koronavirus pandemiyasına görə İngiltərədə futbol yarışları təxirə salınıb. Pedro 2015-ci ildən “Çelsi”nin şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti