"Qol imkanından istifadə edə bilməsən..."

8 Dekabr 2019 14:32 İngiltərə 536
"Qol imkanından istifadə edə bilməsən..."

“Mançester Yunayted”in hücumçusu Markus Reşford hücumçu üçün əsas olan keyfiyyətlər barədə söz açıb. Sportinfo.az xəbər verir ki, ingilis forvardın daima oynamalı olduğunu və qol epizodlarına yaxın olmalı olduğunu bildirib:

“Hücumçu üçün əsas olan daimilikdir. Mən çempionatın bütün oyunlarında oynamışam və rəqib qapısı qarşısında çox qol imkanı əldə etmişəm. Əgər sən rəqib qapısı qarşısında özünü yaxşı hiss edirsənsə, mütləq şans qazanacaqsan. Qol imkanından istifadə edə bilməsən belə, bu problem deyil. Çünki qol vurmaq üçün daha bir neçə şansın olacağını bilirsən”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!