"Liverpul" son dəqiqələrdə çökdü, “Qarabağ”ın önünə məğlub çıxacaqlar - VİDEO

03:20 İngiltərə 102
"Liverpul" son dəqiqələrdə çökdü, “Qarabağ”ın önünə məğlub çıxacaqlar - VİDEO

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki son rəqibi olan “Liverpul” klubu İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi XXIII tur çərçivəsində “Bornmut”un qonağı olub.

“Vitaliti” stadionunda təşkil olunan görüşdə “Bornmut” qələbə qazanıb - 3:2.

Meydan sahiblərindən Evanilson (26-cı dəqiqə), Alexandro Ximenes (33) və Amin Adli (90+5), qonaqlardan isə Vircil van Deyklə (45) və Dominik Soboslai (80) fərqləniblər.

Bununla da “Bornmut” xallarının sayını 30-a çatdıraraq 13-cü pilləyə yüksəlib. “Liverpul” 36 xalla dördüncüdür.

“Liverpul” bu nəticə ilə Premyer Liqada qələbəsizlik seriyasını 5-ə çatdırıb. Arne Slotun komandası son olaraq XVIII turda autsayder “Vulverhempton”u üstələməyi bacarıb - 2:1.

“Liverpul” növbəti oyununu məhz “Qarabağ”a qarşı keçirəcək. Görüş yanvarın 28-də “Enfild”də baş tutacaq.

"Bornmut" - "Liverpul" 3:2

Qollar: Evanilson, 26, A.Ximenez, 33, A.Adli, 90+5, - V.Diyk, 45, D.Szoboszlay,80

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!