“Mançester Yunayted” “Real Sosyedad”ın hücumçusu və kapitanı Mikel Oyarzabalı transfer siyahısına əlavə edib.
Sportinfo.az “Football Transfers”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı forvardla ciddi şəkildə maraqlanır.
Oyarzabalın bu qış “Mançester Yunayted”ə keçməsi ehtimalı azdır, ancaq yay transfer pəncərəsində bu keçid reallaşa bilər.
İspaniyalı futbolçu 2016-cı ilin yanvarından etibarən San-Sebastyan təmsilçisində çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun “Real Sosyedad”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

