“Tottenhem” müdafiəçi Endi Robertsonun transferi məsələsində “Liverpul”u razı salmaq üçün əlavə bonuslar təklif etməyə hazırdır.
Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər ki, mersisaydlılar 31 yaşlı futbolçunun London klubuna keçidinə razılıq versələr, “Tottenhem” bu ilin yayında Mikki Van de Venin transferində “Liverpul”a prioritet transfer hüququ verəcək.
Bununla belə, “Tottenhem” Van de Venin qiymətində güzəştə getmək niyyətində deyil. Klub 24 yaşlı müdafiəçi üçün 115 milyon avro tələb edir.
Robertson 2025/26 mövsümündə bütün turnirlərdə 21 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Mikki Van de Ven isə 29 matçda meydana çıxaraq, 6 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Liverpul” UEFA Çempionlar Liqasının 8-ci turunda, yanvarın 28-də “Qarabağ” qəbul edəcək.

