“Mançester Yunayted” rəhbərliyi Ruben Amorimin istefasından sonra yaranan baş məşqçi boşluğunu klubun sabiq kapitanı Maykl Kerriklə doldurub.
Sportinfo,az xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, 44 yaşlı mütəxəssis 2025/26 mövsümünün sonuna qədər komandanın müvəqqəti baş məşqçisi vəzifəsini icra edəcək.
Kerrik bu postda son iki oyunda komandanı idarə edən digər sabiq futbolçu Darren Fletçeri əvəzləyib. Fletçer isə yenidən klubun 18 yaşlılardan ibarət komandasına rəhbərlik edəcək.
Onu məşqçilər heyətində İngiltərə millisinin sabiq köməkçisi Stiv Holland, Conatan Vudgeyt və klubun veteran müdafiəçisi Conni Evans yer alıb.
Kerrikin rəhbərliyi altında ilk məşq sabah baş tutacaq, onun debüt oyunu isə bu şənbə günü “Old Trafford”da keçiriləcək “Mançester derbisi” (“Mançester Siti”yə qarşı) olacaq.
Hazırda Premyer Liqada 32 xalla 7-ci pillədə qərarlaşan “Mançester Yunayted”in əsas hədəfi mövsümü Çempionlar Liqası zonasında başa vurmaqdır.

