“Liverpul”un ulduzu “Qarabağ”a qarşı oynayacaq?

14 Yanvar 02:10 İngiltərə 479
“Liverpul”un ulduzu “Qarabağ”a qarşı oynayacaq?

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul”da yarımmüdafiəçi Dominik Soboslainin durumuna aydınlıq gəlib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Macarıstan millisinin üzvü komandasında qalmaq qərarına gəlib.

25 yaşlı orta sahə oyunçusu “Real” və “Bayern”in maraq dairəsinə düşmüşdü. Hər iki klub Soboslaini qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı.

Lakin oyunçu “qırmızılar”ın yeni müqavilə təklifini müsbət cavablandırıb. Hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər olan Dominikin məvacibi də artırılacaq.

Çempionlar Liqasının Liqa mərhələsinin son turu çərçivəsində “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar