“Mən təmizəm, yaxşı genetikam var, gözəl ailədən gəlirəm”

14 Yanvar 00:20 İngiltərə 433
“Mən təmizəm, yaxşı genetikam var, gözəl ailədən gəlirəm”

“Brayton”un hücumçusu Danni Uelbek 35 yaşında da yüksək fiziki formada qalmasının “sirr”i barədə zarafatla danışıb.

İngiltərəli futbolçu ölkə kubokunda, “Mançester Yunayted”ə qarşı oyunda (2:1) komandasına qələbə qazandıran qolu vurub.

O, “Mançester Yunayted”in yetirməsidir və 2014-cü ilə qədər bu klubun şərəfini qoruyub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Uelbek fiziki durumunu belə şərh edib:

“Mən sirrimi açıqlaya bilmərəm. Çox danışsam, dopinq nəzarətçiləri arxamca gələr!

Mən təmizəm, yaxşı genetikam var, gözəl ailədən gəlirəm. Valideynlərim məni yaxşı genlərlə mükafatlandırıblar.

Mən çox və ciddi şəkildə çalışıram. Hər gün öz üzərimdə işləyirəm, özümə diqqət yetirirəm. Keyfiyyətli qidalanıram, hər məşqə lazımi şəkildə hazırlaşıram. Özümü yaxşı hiss edirəm, içimdə güc olduğunu bilirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti