Daha bir transfer etmək istəyir - Premyer Liqa nəhəngi

22:00 İngiltərə 119
Daha bir transfer etmək istəyir - Premyer Liqa nəhəngi

Qış transfer pəncərəsində “Bornmut”un qanalı vingeri Antuan Semenyonu heyətinə qatan “Mançester Siti” dayanmaq fikrində deyil.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiola mövsümün ikinci yarısında bütün turnirlərdə mübarizə aparmaq üçün komandaya daha bir və ya iki yeni transferin lazım olduğunu düşünür.

“Şəhərlilər” yarımmüdafiə xəttini gücləndirmək məqsədilə “Nottingem Forest”in futbolçusu Elliot Andersonu transfer etmək istəyir.

Klub artıq 23 yaşlı futbolçu ilə bağlı mümkün keçid üçün əlaqə saxlayıb. Elliot Anderson payızda İngiltərə millisində debüt edib.

Beləliklə, Qvardiolanın komandası mövsümün həlledici mərhələsi ərəfəsində heyətini daha da gücləndirməyə hazırlaşır.

Digər Xəbərlər
Xəbər Lenti