30 milyon avro məbləğində rəsmi təklif göndərdi – Braziliyalı yarımmüdafiəçi üçün

13 Yanvar 18:40 İngiltərə 615
30 milyon avro məbləğində rəsmi təklif göndərdi – Braziliyalı yarımmüdafiəçi üçün

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa karyerasını “Tottenhem”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular braziliyalı üçün “Vest Hem”ə 30 milyon avro məbləğində rəsmi təklif göndərib.

Eyni zamanda, Paketayla Braziliya klubu “Flamenqo” da maraqlanır və danışıqlar aparır. “Vest Hem” bu qış onu satmağa hazırdır.

28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!