“Liverpul”un vingeri Federiko Kyeza yenidən “Yuventus”a dönməyə hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu italiyalı futbolçunu icarəyə götürüb sonradan almaq hüququ ilə müqavilə bağlamağı düşünür.
Gözlənilir ki, tərəflər razılaşmanı müzakirə etməyə növbəti həftə başlayacaqlar. Bununla belə, “Liverpul” rəhbərliyi Kyezadan tam transfer formasında ayrıla bilmək istəyir və icarə üsulunu daha az üstün tutur.
Kyeza 2024-cü ilin avqustunda “Yuventus”dan 12 milyon avroya “Liverpul”a keçib. Onun mersisaydlılarla müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
28 yaşlı futbolçu “Yuventus”da çıxış etdiyi müddətdə 131 oyuna çıxaraq, 32 qol vurub və 24 məhsuldar ötürmə verib.
O, cari mövsümdə isə “Liverpul”la 20 matçda 469 dəqiqə meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

