“Heç vaxt karyeramı tezliklə bitirəcəyimi deməmişəm” - “Qarabağ”ın rəqibinin müdafiəçisi

11 Yanvar 17:20 İngiltərə 671
“Heç vaxt karyeramı tezliklə bitirəcəyimi deməmişəm” - “Qarabağ”ın rəqibinin müdafiəçisi

“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Dayk futbolçu karyerasını yaxın zamanda başa vuracağı ilə bağlı yayılan söz-söhbətləri təkzib edib.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 34 yaşlı niderlandlı futbolçu bu iddiaların əsassız olduğunu bildirib:

“Mən heç vaxt karyeramı tezliklə bitirəcəyimi deməmişəm. Gələcəyə çox uzaqdan baxmıram.

Karyeramda hələ illər var, ona görə də bu barədə konkret bir şey deyə bilmərəm. Əsas odur ki, mən xoşbəxt olum və övladlarım xoşbəxt olsunlar. Onda hər şey yaxşı olacaq”.

Van Dayk bu yaxınlarda “Liverpul”la müqaviləsinin müddətini 2026/27 mövsümünün sonuna qədər uzadıb.

Onun komandası İngiltərə Premyer Liqasında 21 turdan sonra 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!