İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer portuqaliyalı mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”in baş məşqçisi postundan göndərilməsinə münasibət bildirib.
Sportinfo.az “The Rest is Football”-a istinadən xəbər verir ki, o, komandanın uğursuzluqlarına görə təkcə baş məşqçinin deyil, klub rəhbərliyinin də məsuliyyət daşıdığını vurğulayıb:
“Baş məşqçidə alınmadı, amma klub rəhbərliyi də nəticələrə görə cavab verməlidir. “Mançester Yunayted”də əsl qarışıqlıq yaradılıb.
Klubda verilən qərarlara bir baxın! Bu, sadəcə gülməlidir”.
“Qırmızı şeytanlar” hazırda topladığı 32 xalla Premyer Liqada turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

