Baş məşqçi postuna əsas namizəd odur - “Mançester Yunayted”in

10 Yanvar 21:40 İngiltərə 792
Baş məşqçi postuna əsas namizəd odur - “Mançester Yunayted”in

“Mançester Yunayted”in baş məşqçisi postu üçün əsas namizəd müəyyənləşib.

Qısa müddət əvvəl portuqaliyalı mütəxəssis Ruben Amorim bu vəzifədən ayrılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, favorit avstriyalı çalışdırıcı Oliver Qlasnerdir.

O, hazırda İngiltərənin başqa bir klubu – “Kristal Pelas”da fəaliyyət göstərir.

51 yaşlı mütəxəssisin klubu ilə hazırkı müqaviləsinin müddəti bu ilin iyununa qədərdir. Onun “Mançester Yunayted”dəki təyinatı isə cari mövsümün sonunda baş tuta bilər.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!