"Başa düşürəm ki, o, mənim heç vaxt etmədiyim şeylərə nail olub"

24 Dekabr 2025 18:20 İngiltərə 798
"Başa düşürəm ki, o, mənim heç vaxt etmədiyim şeylərə nail olub"

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq oyunçusu Stiven Cerrard müdafiəçi Trent Aleksander-Arnoldun İngiltərə klubundan “Real”a keçmək qərarı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər bir futbolçunun öz karyera yolunu müəyyən etmək hüququnun olduğunu söyləyib:

“Mən istənilən oyunçunun öz seçimini etmək hüququnu başa düşürəm, bu, onun karyerasıdır. Mən heç vaxt belə qərarları futbol baxımından qiymətləndirməzdim.

O, klub tarixinin ən yaxşı komandalarından birində oynayıb, komanda Premyer Liqanı qazanıb və Çempionlar Liqasına iddialı idi.

Karyeram boyunca arzuladığım hər şey onda var idi. Və geri baxanda başa düşürəm ki, o, mənim heç vaxt etmədiyim şeylərə nail olub”.

27 yaşlı müdafiəçi Madrid klubunun heyətində 16 matçda oynayıb və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü