“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın oyununu yüksək qiymətləndirib.
Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Rays barədə belə deyib:
“Mən Raysı İngiltərə millisində Harri Keynin varisi hesab edirəm. Düşünürəm ki, məhz o, Keyn gedəndən sonra komandada liderlik etməlidir.
Onun bu rolu yerinə yetirmək üçün bütün keyfiyyətləri var. Raysa hər kəs hörmətlə yanaşır və milli komandada əvəzolunmazdır”.
26 yaşlı futbolçu 2023-cü ildən “Arsenal”ın şərəfini qoruyur və klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, İngiltərə millisində 72 oyuna çıxıb və 6 qol vurub.

