Karyerasını davam etdirmək üçün yeni variantlar axtarır - “Çelsi”nin müdafiəçisi

22 Dekabr 2025 18:20 İngiltərə 661
Karyerasını davam etdirmək üçün yeni variantlar axtarır - “Çelsi”nin müdafiəçisi

“Çelsi”nin müdafiəçisi Aksel Disasi karyerasını davam etdirmək üçün yeni variantlar axtarır.

27 yaşlı futbolçu artıq uzun müddətdir londonluların əsas heyətindən kənarda qalıb və klub onunla qış transfer pəncərəsində yollarını ayırmaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı müdafiəçinin yanvarda komandadan ayrılması demək olar ki, qaçılmazdır və bu barədə potensial alıcı klublar da məlumatlıdır.

“Çelsi” Disasinin xidmətini “Milan”a təklif edib. Söhbət satınalma şərti ilə icarə variantından gedib.

Ancaq İtaliya klubu hələlik bu keçidə ciddi maraq göstərməyib – tərəflər arasında konkret danışıqlar aparılmır.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü