"Onun ağlı yetərlidir və nə etməli olduğunu çox yaxşı başa düşür"

18:40 İngiltərə 101
"Onun ağlı yetərlidir və nə etməli olduğunu çox yaxşı başa düşür"

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri keçmiş komandasının vingeri Leandro Trossardın cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, Trossardın hücumları çox yaxşı tamamladığını bildirib:

“Mən Trossardan təsirlənirəmmi? Həm bəli, həm də xeyr.

Mən onun nə edə biləcəyini bilirəm. Bu, mən Belçika millisində çalışanda (2021-2022) da aydın görünürdü.

O zaman əsas heyətə düşməsi çətin idi, çünki orada Eden Hazard oynayırdı. Trossard hücumları çox yaxşı tamamlayır və hər iki ayağı ilə möhtəşəm zərbələr edir.

Onun ağlı yetərlidir və nə etməli olduğunu çox yaxşı başa düşür. O bilir ki, “Arsenal” daha çox hücumları sağ cinahdan qurur, orada da Bukayo Saka oynayır.

Onun vəzifəsi qapıdan uzaq mövqelərə daha çox açılmaqdır”.

31 yaşlı Trossard cari mövsümdə 18 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti